Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb.
Senzor.az bildirir ki, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.
Şəmkir rayon sakini,1985-ci il təvəllüdlü Əliyeva Talehə Nizami qızı bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, 37 yaşlı T.Əliyevanı bıçaqlamaqda şübhəli bilinən şəxs, onun həyat yoldaşı Elçin Əliyevdir. E.Əliyev hadisəni törətdikdən sonra qaçıb, onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, E.Əliyev mədəniyyət evində çalışır.
Faktla bağlı araşdırma aparılır.