Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi - MƏHKƏMƏ QƏRARI

“Kamaz” markalı, 41-BA-269 dövlət qeydiyyat nişanlı yük avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının VI Taqımının əməkdaşları tərəfindən stasionar postda nəzarət qaydasında saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

 

Məlumata görə, yoxlama zamanı sürücü V.Həsənovun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını bilərəkdən gizlətməsi, eyni zamanda nəqliyyat vasitəsinin üzərində 932 (doqquz yüz otuz iki) manat ödənilməyən cərimə borcunun olması aşkar olunduğundan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdiriləcəyi bildirildikdə o, polis işcisinin qanuni tələbinə əməl etməyərək ərazidən uzaqlaşıb.

 

Bir müddət sonra V.Həsənov başqa bir avtomobillə stasionar posta qayıdaraq taqımın inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək cərimələri ödəməyəcəyini bildirib. Bu səbəbdən V.Həsənov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Vüsal Həsənov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.