Abşeronun Xırdalan şəhər qəbiristanlığında kəsilmiş insan ayağı tapılıb.
APA-nın xəbərinə görə, onu ötən gün saat 17:30 radələrində qəbirstanlığın mollası aşkar edib.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertiziya göndərilib. Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə olunan geyim paltarının parçası olması, həmçinin tənzifin olması müəyyən edib ki, aşkar olunan ayaq cərrahiyyə yolu ilə kəsilib.
Faktla bağlı araşdırma aparılır.