Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Oxu.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən kafelərdən birinin qarşısında qeydə alınıb.
Bıçaqlanan 2000-ci il təvəllüdlü İlkin Həsənov xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, İ.Həsənov bir neçə şəxs tərəfindən döyülüb, sonra isə bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.