Yay mövsümü başlayandan günvurma ilə bağlı TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 nəfər müraciət edib.
Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd bolunub ki, onlardan 13 nəfəri hospitalizasiya edilib, 3 nəfərə yerində yardım göstərilib: "Müraciət edənlərdən 13-ü böyük, 3-ü uşaq olub".
"Günvurma zamanı ilkin tibbi yardım olaraq zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verilməli, üzü və sinəsi soyuq su ilə silinməlidir. Daha sonra başının, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres etmək lazımdır. İlkin tibbi yardımdan sonra dərhal təcili tibbi yardım çağırmaq və ya zərərçəkəni yaxınlıqda olan tibb müəssisəsinə çatdırmaq vacibdir" - məlumatda bildirilib.