İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb.
Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, son günlərdə DSX-nın əməkdaşları 1200 kiloqram yabanı halda bitən çətənə kolunu yandıraraq məhv edib, 52 kiloqram 880 qram narkotik vasitənin, 3240 ədəd psixotrop tərkibli həblərin və 42 kiloqram 165 qram dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb.
Saxlanılanlar və axtarışı davam etdirilən qaçaqmalçılar var.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.