Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.
APA-nın xəbərinə görə, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.
Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15-ə yaxın şəxsin halı qəfildən pisləşib.
İshal və qusma əlamətləri olan bu insanlar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məlum olub ki, Hacıağabəyli kənd sakinlərindən zəhərlənən şəxslər bunlardır:
Eminova Əsli Paşa qızı (1966);
İbrahimova Kifayət Müğdət qızı (1965);
Kərimova Aybəniz İbrahim qızı (1987);
Miriyeva İfrat İdris qızı (1962);
Quliyeva Esmira Rakif qızı (1985);
Nuriyeva Ürfət Etibar qızı (1987);
Quliyeva İlhamə Bəşir qızı (1970);
Quliyeva Nüşabə Bəşir qızı (1979);
Quliyeva Aidə Bəşir qızı (1979).
Zəhərlənən bu şəxslər isə Yeniarx kənd sakinləridir:
Quliyev Turqut Azər oğlu (2007);
Quliyeva Aydan Azər qızı (2005);
Quliyeva Zeynəb Yengibar qızı (2005);
Quluzadə Gülşən Elsevər qızı (2020);
Quluzadə Ayşən Elsevər qızı (2020).
İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.