
Naməlum basqınçılar ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin Ohayo ştatındakı evinin pəncərələrini sındırıblar.
Məlumatı CNN yayıb.
Telekanal federal hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, bir nəfər həbs olunub.
İstintaq davam edir, hadisənin motivi - vitse-prezident və ya onun ailəsinin hədəf alınıb-alınmadığı müəyyənləşdirilir.
Məlumatda o da bildirilir ki, hadisənin baş verdiyi vaxtda Vens və ailəsi evdə olmayıb.