Bakıda TDT-yə üzv ölkələrin hökumət başçılarının 2-ci iclası keçirildi - BİRGƏ BƏYANAT QƏBUL EDİLDİ
YENİLƏNİB, FOTO

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçıları/vitse-prezidentinin bu gün Bakıda keçirilən ikinci iclasında yekun olaraq birgə bəyanat qəbul edilib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov məlumat verib.

 

O qeyd edib ki, gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə məhsuldar və konstruktiv müzakirələr aparılıb: "Hörmətli həmkarlarımın çıxışlarında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm fikirlər səsləndirildi. Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır".

**11:14

Aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilir. 

Senzor.az bildirir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev, Özbəkistanın Baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edirlər. 

Görüşdə iqtisadi əlaqələr və nəqliyyat-loqistika məsələləri müzakirə olunacaq.

 

Qeyd edək ki, hökumət başçılarının ilk iclası ötən il sentyabrın 18-də Qırğızıstanda keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.