Bakıxanovun yaşadığı ev uçdu
VİDEO

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən, təxminən 700 illik tarixə malik mülk – tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub. Yağış suları evin divarlarını yuduğundan tikilinin bir hissəsi dağılıb. Qalan hissə isə tamamilə uçmaq təhlükəsi ilə üz-üzədir. Uçqun riski təkcə binanı deyil, eyni zamanda varislərin həyatını da təhlükə altına alır.

 

Bu, sadəcə bir mənzilin taleyi deyil – məsələ “Gülüstani-İrəm” kimi mühüm əsərin müəllifinə olan münasibətin göstəricisidir.

 

Xalq şairi Sabir Rüstəmxanlı da qeyd edir ki, bu vəziyyət ziyalı irsinə qarşı qəbuledilməz yanaşmadır. Bildirir ki, Azərbaycanda mədəniyyət abidələri çoxdur və hər birinə vəsait ayırmaq çətin olsa da, Bakıxanovun ev-muzeyinin vəziyyətinə diqqət yetirilməsi vacibdir. Aidiyyəti qurumlar düşünməlidir ki, belə bir ev-muzeyin bu vəziyyətə düşməsi ilə barışmaq olarmı?

 

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən tikili dövlət mühafizəsində olan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməyib. Həmin evin siyahıya daxil edilməsi məsələsinə baxılması nəzərdə tutulur.

 

Suraxanı Rayon İcra Hakimiyyəti isə bildirib ki, bina xüsusi mülkiyyət olduğuna görə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.