
Rusiya Prezidenti Vladimir Putin Misir Prezidenti Əbdülfəttah əs-Sisini ölkəsinə səfərə dəvət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Kremldə Misir xarici işlər naziri Bədr Əbdül Ata ilə görüşündə bildirib.
“Qeyd etmək istərdim ki, bu ilin oktyabr ayında növbəti Rusiya-Afrika sammiti planlaşdırırıq. Ümid edirik ki, Misir yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq. Əgər Misir Prezidenti vaxt taparsa, onu Moskvada görməyə şad olarıq”, - Putin vurğulayıb.