NATO Türk Korpusu yaradır - KİMİ KİMDƏN QORUYACAQ?
VİDEO

NATO-nun planlarına uyğun olaraq, Türkiyədə zərurət yarandıqda yerləşdiriləcək qoşunları əlaqələndirmək və idarə etmək üçün regional korpus komandanlığı yaradılır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Zəki Aktürk jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

 

“NATO planlarında ölkəmizin müdafiəsini NATO qüvvələri ilə əlaqələndirəcək və zərurət yarandıqda yerləşdiriləcək qüvvələr üzərində komandanlıq və nəzarəti həyata keçirəcək Türk Korpusu üçün regional qərargahın yaradılması nəzərdə tutulur. Hakimiyyət orqanları bu qərargahı çoxmillətli quruma çevirməyi məqsədəuyğun hesab edir. Qərargahın yaradılması üzərində işlər davam edir, əsas heyət təyin olunub və çoxmillətli qərargahın statusu hələ təsdiqlənməyib”, - o bildirib.

 

Zəki Aktürk əlavə edib ki, 2024-cü ildə dəniz əməliyyat zonalarında planların icrası üçün beş (Atlantik, Şimal, Baltik, Aralıq və Qara dəniz) birləşdirilmiş əməliyyat qrupunun yaradılması razılaşdırılıb.

 

Həmçinin, o vurğulayıb ki, komandanlıq strukturları Türkiyənin təhlükəsizlik ehtiyaclarına və Qara dənizə dair siyasi mövqeyinə uyğun olaraq yaradılır.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.