“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda qurumun, Ağsu rayon Gəgəli Bələdiyyəsinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, “Alaca”Milli Geyim Evinin və Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin dəstəyi ilə “Bahar ənənələri” adlı Novruz tədbiri keçirilib.
Senzor.az bildirir ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı regional Mədəniyyət İdarəsinin və mədəniyyət mərkəzinin nümayəndələri, Ağsu rayon Gəgəli bələdiyyəsinin nümayəndələri, APA TV-nin əməkdaşları, Qobustan Milli Tarix-Bədii Qoruğunun rəhbərliyi və əməkdaşları, Ağsu rayon musiqi məktəbinin kollektivi, Ağsu şəhər Aslan Nadirov adına şəhər 1 saylı məktəb liseyin, Soltan Umbayev adına şəhər 2 saylı tam orta məktəb, 3 saylı tam orta məktəb, 4 saylı tam orta məktəb və Polad Mirzəyev adına 5 saylı tam orta məktəb, eləcə də Zahid Hüseynov adına Ülgüc kənd tam orta məktəbinin, Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirin açılışında Ağsu Qoruğunun direktoru Şölə Bayramova tədbir iştirakçılarını salamlayıb və bildirib ki tədbir çərcivəsində milli-mənəvi dəyərlərimizi və milli adətlərimizi əks etdirən eksponatlar- milli xalçalarimiz, palazlar, səhənglər, cəhrə, dəyirman daşı, mis qablar, məşrəf, sandıq, heybə, kəlağayı, qurama, orta əsr Ağsu şəhərində aşkar olunan eksponatlar sərgilənəcək.
Tədbirdə Ağsu Rayon İcra hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdür müavini Kənan Tacızadə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış ediblər.
Ağsu rayonu Zahid Hüseynov adına Ülgüc kənd tam orta məktəbinin şagirdləri qarmonda musiqi nömrələri və solo ifalar təqdim ediblər.
Tədbirdə rayon məktəblərinin şagirdləri tərəfindən gözəl səhnəciklər, şeirlər, haxışta, musiqi və rəqslər ifa edilib.
Tədbir çərçivəsində Tərəkəmə ənənələri təqdim olunub, çadırlar quraşdırılıb. Tədbirin qonaqları yumurta da döyüşdürüblər.
Tədbirdə, həmçinin “Dostluq” Musiqi Ansamblının ifasında şən musiqi parçaları, “Alaca” Milli Geyim Evinin geyimləri təqdim olunub.
Tədbirin davamında Qoruq ərazisinə “Qarabağ” atları gətirilib.
Bayram tədbiri qonaqların “Yallı” rəqsinin sədaları altında bayram tonqalı ətrafında toplaşması ilə yekunlaşıb.
Senzor.az