İlham Əliyev ASB-nin Ermənistanda keçiriləcək sammitində İŞTİRAK ETMƏYƏCƏK
VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin (ASB) 2026-cı ilin may ayında Ermənistanda keçiriləcək sammitində iştirak etmək niyyətində deyil.

 

Bu barədə "Caliber.Az" mənbələrinə istinadən yazıb.

 

"İkitərəfli münasibətlərin hazırkı səviyyəsi Prezident Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə hələlik imkan vermir. Azərbaycan real fəaliyyət prinsipindən çıxış edir. Saziş (sülh sazişi - red.) imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksək səviyyəli səfər prosesin tamamlanması ilə bağlı yanlış təəssürat yarada bilər. Hüquqi baza rəsmiləşdirilmədən və öhdəliklərin yerinə yetirilməsinə başlanılmadan bu cür addımların atılması hələ tezdir", - nəşr qeyd edib.

 

Eyni zamanda, qeyd olunub ki, gələcəkdə yüksək səviyyədə səfərlərin həyata keçirilməsi perspektivi istisna edilmir.

 

"Əksinə, sülh sazişinin imzalanmasından və icrasına başlanılmasından sonra bu, prosesin məntiqi davamı olacaq. İndi isə daha əvvəl razılaşdırılmış öhdəliklərin yerinə yetirilməsi üçün praktiki addımlar atılmalıdır ki, bu da sülhü təkcə de-fakto deyil, həm də de-yure möhkəmləndirəcək", - sayt vurğulayıb.

 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 27-də bildirib ki, hökumət Azərbaycan Prezidenti İlham Əliyevi Avropa Siyasi Birliyinin 2026-cı ilin may ayında İrəvanda keçirilməsi planlaşdırılan sammitinə dəvət edib. O dəqiqləşdirib ki, "hazırda müvafiq dəvətin sənədləşdirilməsi üzərində iş gedir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.