Polşa Prezidenti və Baş naziri BİR-BİRİLƏRİNİ İTTİHAM EDİRLƏR

Polşanın Baş naziri Donald Tusk və ölkə Prezidenti Karol Navrotski dövlət başçısının xüsusi xidmət əməkdaşlarının rütbələrinin artırılmasını əngəlləməsi fonunda söz davasına çıxaraq, bir-birilərinə qarşı ittihamlar irəli sürüblər.

 

Bu barədə "RMF FM" məlumat yayıb.

 

Bildirilir ki, Tusk Navrotskini əks-kəşfiyyat və daxili təhlükəsizlik agentliyinin 136 əməkdaşının rütbəsinin artırılmasını əngəlləməkdə ittiham edərək, bunu Prezidentin Polşa hökumətinə qarşı müharibəsinin davamı adlandırıb.

 

Navrotski isə Tusku xüsusi xidmət orqanları rəhbərliyini onunla görüşməyi qadağan etməkdə və dövlət təhlükəsizliyi ilə bağlı mühüm məlumatların ona təqdim edilməsinə qadağa qoymaqda günahlandırıb. Onun sözlərinə görə, rütbə artımı məsələləri bu görüşlərdə müzakirə olunmalı idi. Polşanın Baş naziri bu ittihamları rədd edib.

 

"Mən istərdim ki, o (Navrotski -red.), həqiqətdən uzaqlaşmasın, habelə Konstitusiyanı, öz səlahiyyətlərini, Baş nazirin və hökumətin səlahiyyətlərini bilsin - bəlkə gələcəkdə o bunu öyrənəcək", - deyə Tusk bildirib.

 

Xatırladaq ki, Polşanın Baş naziri Donald Tusk daha əvvəl etiraf edib ki, bütün məsələlərdə respublikanın yeni Prezidenti Karol Navrotski ilə fikir ayrılıqlarına malikdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.