
"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Senzor.az bildirir ki, bu barədə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qeyd edək ki, Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
**13:19 (30.10.2025)
Hüquq-mühafizə orqanları “Hurriyyet TV”də əməliyyat keçirib.
“Bakupost” xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Bildirilib ki, “Hürriyyət”ə məxsus ofisdə axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.
Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.
**
V.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Bu barədə “Hürriyyət” qəzetindən məlumat verilib. Redaksiyadan onu da bildiriblər ki, V.Məmmədovun saxlanılmasının “Ramiz Mehdiyev işi” ilə əlaqələndirilməsi doğru deyil.