Trampın Knessetdəki çıxışı zamanı TƏXRİBAT TÖRƏDİLDİ
VİDEO

ABŞ Prezidenti Donald Trampın Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təxribat törədilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Knesset üzvləri Ayman Odeh və Ofer Kassif Trampın çıxışı zamanı "soyqırımı" yazısı olan plakat qaldırdıqları üçün zaldan çıxarılıblar.

 

Ayman Odeh - fələstin-israil mənşəli deputat, Ofer Kassif isə kommunist "Hadaş" partiyasını təmsil edir, fraksiyada yeganə yəhudidir.

 

"Bu çox təsirli idi", - deyən Tramp nitqini davam etdirib.

 

Xatırladaq ki, Donald Tramp 2008-ci ildən bəri Knessetdə çıxış edən ilk ABŞ Prezidenti olub. O, oktyabrın 9-da İsrail və HƏMAS rəsmiləri arasında Qəzzada saxlanılan bütün girovların azad edilməsinə dair razılaşmanı elan etdikdən sonra Baş nazir Benyamin Netanyahudan dəvət alıb.

 

Knessetə daxil olan Tramp jurnalistlərə açıqlamasında həm də HƏMAS-ın tərk-silah planını həyata keçirəcəyini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.