Şimali Kiprin yeni prezidenti TUFAN ERHÜRMAN OLDU

Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.

 

Senzor.az bildirir ki, bu barədə Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.

 

O bildirib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.

 

Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib.

 

Xatırladaq ki, Tufan Erhürmanın 55 yaşı var. O, Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində anadan olub, ixtisasca hüquqşünasdır.

 

Ankara Universitetinin məzunu olan siyasətçi 2008-2010-cu illərdə Kipr Problemi üzrə danışıqlarda iştirak edib. 1999-2004-cü illərdə Türkiyə Respublikası Ədliyyə Nazirliyində çalışıb və Türkiyədə ombudsman aparatının yaradılmasında rol oynayıb.

 

2013-cü ildən millət vəkili, 13 noyabr 2016-cı ildən isə Cümhuriyyət Türkiyə Partiyasının lideridir. 2 fevral 2018-ci ildə Şimali Kiprin baş naziri olub.

 

2020-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində də namizəd kimi iştirak edib.

 

O, Türkiyə hakimiyyətinin Şimali Kiprlə bağlı təklifinə qarşı çıxır. Erhürman kampaniya zamanı seçiləcəyi təqdirdə Kipr Respublikası ilə 2017-ci ildə dayandırılan rəsmi danışıqlara yenidən başlayacağını deyib.

 

Erhürman iddia edir ki, iki dövlətli həll Kipr türklərinin iqtisadi və siyasi təcridinə son qoymaq üçün real yanaşma deyil.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.