
Vətən Müharibəsində qazanılan tarixi Qələbinin 5-ci ildönümünə həsr olunan hərbi paradda Türkiyə və Pakistan hərbçiləri də keçid ediblər.
Senzor.az bildirir ki, parada Türkiyə Respublikası Silahlı Qüvvələrinin iki qrupdan ibarət parad heyəti qatılıb. Heyətə Yarıbay Uğur Alan başçılıq edib.
İlk dəfə olaraq Bakıdakı paradda Pakistan İslam Respublikasının hərbçiləri də iştirak ediblər. Parad heyəti Azadlıq meydanından mayor Saqib Alanın başçılığı ilə keçib.