
ABŞ-ın Ukrayna üçün NATO müttəfiqlərinə silah tədarükü şatdauna görə dayandırılıb.
Bu barədə “Axios” nəşri Dövlət Departamentindəki mənbəyə istinadla məlumat yayıb.
“Hökumətin işini dayandırması, bu vacib imkanların bir çoxunun xaricə çatdırılmasına mane olmaqla, həm müttəfiqlərimizə, həm də tərəfdaşlarımıza, eləcə də ABŞ sənayesinə böyük zərər vurur”, - məlumatda qeyd olunub.
Mənbənin məlumatına görə, şatdaun Danimarka, Xorvatiya və Polşa kimi müttəfiqlərə AMRAAM raketləri, “Aegis” döyüş sistemləri və HİMARS kimi silahların tədarükünə təsir göstərib.