Tramp Ağ Evdə 5 Orta Asiya ölkəsinin liderləri ilə görüşdü
VİDEO

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə beş Orta Asiya ölkəsinin liderləri ilə görüşüb.

 

Senzor.az-ın məlumatına görə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri C5+1 formatında Ağ Evdə axşam sammitində və şam yeməyində iştirak ediblər.

 

Sammitdə, həmçinin danışıqlar formatının 10 illiyi qeyd olunur. Görüşdə Qazaxıstanın Abraham sazişinə daxil olmasına dair imzalanma mərasimi olacaq.

 

Xatırladaq ki, C5+1 formatı ilk iclasını 2015-ci il noyabrın 1-də Özbəkistanın Səmərqənd şəhərində keçirib. ABŞ və beş Orta Asiya ölkəsinin yüksək vəzifəli diplomatları görüşərək tərəfdaşlıq və əməkdaşlıq haqqında birgə bəyannamə qəbul ediblər.

 

Bu gün görüş dövlət başçıları səviyyəsində ikinci dəfə və Ağ Evdə ilk dəfə keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.