
Lənkəran rayonunda zəlzələ baş verib.
Senzor.az bildirir ki, məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu yayıb.
Qeyd olunub ki, yerli vaxtla saat 15:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,4 olub.
Zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar episentrdə 3 bala qədər hiss olunub.