
Kanadanın Monreal şəhərində tələbələr yaşayış xərclərinin artmasına və təhsilin kifayət qədər maliyyələşdirilməməsinə etiraz olaraq aksiya keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, çox keçmədən kütləvi aksiya polislə qarşıdurmaya çevrilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Üç nəfər saxlanılıb, bir sıra tikililərə və avtomobillərə ziyan dəyib.(Bax: https://www.youtube.com/shorts/M0s1LmrAbfA)