
Ermənistan və Türkiyə diplomatik münasibətlərin tam normallaşmasına yaxındırlar.
"İnterfaks" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Əminəm ki, biz yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin tam tənzimlənməsinə nail olacağıq. Bir neçə gün bundan əvvəl mən Türkiyə Prezidenti Ərdoğanla (Rəcəb Tayyib - red.) çox müsbət görüş keçirdim. Hər iki tərəfdən irəliləyişin olduğu qeyd edildi və biz son addıma - diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına çox yaxınıq", - Paşinyan vurğulayıb.