Azərbaycanda helikopter qəzasının səbəbləri müzakirə olunduğu bir zamanda Stokholm Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute - SIPRI) silah satışı barədə açıqladığı ənənəvi illik hesabat bəzi suallara aydınlıq gətirir.
Ovqat.com-un məlumatına görə, hesabatda silah bazarında rus məhsullarına diqqətin azaldığı vurğulanır.
Bildirilir ki, 2019-2020-ci illərdə koronavirus pandemiyası yayılsa da bu, silah bazarında satış səviyyəsinə təsir etməyib. 2019-2020-ci illərdə dünyanın 100 aparıcı silah istehsalı şirkətinin ümumi satış həcmi 1,3% artaraq 531 milyard dollara çatıb.
Hesabata görə, silah satışındakı bu müsbət tendensiya Rusiya müdafiə sənayesindən yan keçib. Belə ki, Rusiya şirkətləri 2020-ci ildə 28,2 milyard dollar dəyərində silah satıblar ki, bu da 2019-cu illə müqayisədə 6,5% azdır. Ümumilikdə, reytinq siyahısında 9 rus firması var və onların ümumi payı cəmi 5% təşkil edir. Satışların səviyyəsinin azalması xüsusilə “Almaz-Antey” (31%), “Russian Helicopters” (13%) və Birləşmiş Gəmiqayırma Korporasiyası ASC (11%) şirkətlərində nəzərə çarpır.
Göründüyü kimi, rus silah sənayesinin ən çox itirdiyi sektorlardan biri zenit-raket sistemləri, digəri isə helikopterlərdir. Çünki “Almaz-Antey” şirkəti zenit raketləri, “Russian Helicopters” isə adından da bəlli olduğu kimi vertolyot istehsal edir.
Mütəxəssislər Rusiya silah sənayesinin xüsusilə bu iki sahədə axsamasını bir neçə amillə əlaqələndirirlər. Amillərdən biri ABŞ-ın Rusiyaya qarşı sanskiyalar tətbiq etməsidir. Məlum olduğu kimi, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması ABŞ tərəfindən çox sərt təpki ilə qarşılanıb və bu gün də qarşılanmaqdadır. Nəticədə digər dövlətlər də bundan ibrət dərsi götürüb özlərinə başqa tədarükçü axtarırlar.
Sözsüz ki, Rusiya zenit raketlərinin nüfuzdan düşməsində Azərbaycan Ordusunun 44 günlük müharibədə əldə etdiyi qələbənin də böyük rolu var. Ordumuz bu müharibə zamanı Ermənistanın 7 S-300 sistemini və 50-dən çox digər zenit-raket kompleksini sıradan çıxarmış, beləcə, Rusiyanın ən böyük mifini dağıtmış və bazarını “öldürmüşdü”. Azərbaycanın bu gün Qənimətlər Parkında nümayiş etdirdiyi həmin komplekslər Rusiya silahlarının nə qədər əhəmiyyətsiz və zəif olduğunu bir daha göz önünə sərir.
Rusiya vertolyotlarının müştəri itirməsi də onların texniki sarıdan keyfiyyətsizliyi ilə izah oluna bilər. Məlum olduğu kimi, artıq neçə illərdir dünyanın müxtəlif yerlərindən rus təyyarələrinin və helikopterlərinin qəzaya uğraması xəbərləri gəlir. Bildirildiyinə görə, bu ilin 8 ayında təkcə Rusiyada 40-a yaxın təyyarə və helikopterlər qəzaya uğrayıb ki, bu da “Russian Helicopters”in istehsal keyfiyyətini və gücünü göstərir. Rus təyyarələrinin və helikopterlərinin böyük əksəriyyəti mühərrikdəki nasazlıqlardan və digər texniki səbəblərdən baş verir, nəticədə silah bazarında bu texnikalara diqqət azalır.
Nəzərə alsaq ki, rus silah bazarını “öldürən” 44 günlük müharibə 2020-ci ilin 4-cü rübündə yaşanıb, bu il analoji itkilər daha böyük ola bilər. Təbii ki, təxminlərimizin nə qədər doğru və ya yalnış olduğuna görmək üçün SIPRI-nin gələn il açıqlayacağı hesabı gözləməli olacağıq.