“Axios”: İran ABŞ-a Hörmüz boğazının açılması ilə bağlı yeni təklif göndərib

Tehran münaqişənin həlli məqsədilə Vaşinqtona yeni təklif göndərib.

 

Bu barədə mənbələrinə istinadən “Axios” portalı məlumat yayıb.

 

Məlumata görə, İranın təklifi ABŞ tərəfinə Pakistandakı vasitəçilər vasitəsilə çatdırılıb. Təklifdə ABŞ-ın tətbiq etdiyi blokadanın aradan qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı danışıqların irəlilədilməsi nəzərdə tutulur.

 

Portal yazır ki, bu təşəbbüs danışıqlardakı mövcud durğunluğu aradan qaldırmağa və İran rəhbərliyinin Tramp administrasiyası ilə razılığa gəlmək üçün hazır olduğu nüvə güzəştləri ilə bağlı fikir ayrılıqlarını azaltmağa yönəlib.

 

“Axios”un qeydinə görə, İranın təklifi əsasən Hörmüz boğazı ətrafında yaranmış böhranın və ABŞ blokadasının aradan qaldırılmasına hesablanıb. Təklifdə tərəflərin atəşkəsi uzunmüddətli əsasda uzatması və ya münaqişəyə birdəfəlik son qoyması məsələsi də yer alır.

 

Portalın məlumatına əsasən, nüvə proqramı ilə bağlı danışıqlar yalnız sonrakı mərhələdə — Hörmüz boğazı açıldıqdan və blokada aradan qaldırıldıqdan sonra başlanmalıdır.

 

Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp aprelin 27-də İranla danışıqlarda yaranmış çıxılmaz vəziyyəti və münaqişə ilə bağlı mümkün növbəti addımları müzakirə etmək üçün Kabinet iclası keçirməyi planlaşdırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.