Ərdoğanla Tramp arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, Ərdoğan amerikalı həmkarına Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində baş verən silahlı hücum cəhdi ilə bağlı həmrəyliyini çatdırıb.

 

"Prezident Ərdoğan hadisələri demokratiya və mətbuat azadlığına qarşı törədilən mənfur hərəkət kimi qiymətləndirdiyini bildirib və yaralı təhlükəsizlik işçisinin tezliklə sağalmasını arzulayıb", - məlumatda vurğulanıb.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ağ Ev Müxbirləri Assosiasiyasının "Washington Hilton" hotelindəki qəbulunda atışma baş verib. ABŞ lideri, vitse-prezident və onların həyat yoldaşları dərhal ərazidən təxliyə olunublar. Hücuma cəhd edən şəxs isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Məlum olub ki, həmin şəxs Kaliforniyadan olan 31 yaşlı Koul Allendir. K.Allen 2017-ci ildə Kaliforniya Texnologiya İnstitutunun məzunu olub. O, maşınqayırma sahəsində bakalavr dərəcəsinə malikdir. Tələbəlik illərində əlil arabaları üçün təcili tormozlama sisteminin tərtibatçısı kimi hətta yerli xəbərlərə də düşüb.

 

"LinkedIn" profilinə görə, K.Allen repetitorluqla məşğul olan "C2 Education" şirkətində çalışıb. 2024-cü ilin dekabrında təşkilat hətta onu "ayın müəllimi" seçib. Pedaqogika ilə yanaşı, o, videooyunların hazırlanması ilə də maraqlanıb: 2018-ci ildə "Steam" platformasında hələ də 1.99 dollara satılan fərdi layihəsini buraxıb.

 

O da məlum olub ki, K.Allen demokratlara rəğbət bəsləyir. Federal Seçki Komissiyasının məlumatına görə, o, 2024-cü ilin oktyabrında Kamala Harrisin prezidentlik kampaniyasına 25 dollar ianə edib.

 

Daha bir maraqlı məqam: Koul Tomas Allen hüquq-mühafizə orqanlarına bildirib ki, onun hədəfi dövlət başçısının özü yox, administrasiya rəsmiləri olub...

 

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp "CBS News" telekanalına müsahibəsində özü də etiraf edib ki, Vaşinqtondakı şam yeməyində hücum edənin hədəfinin məhz o olduğuna əmin deyil: "Bunu dəqiq demək mənim üçün çətindir. Amma məndə belə bir təəssürat yarandı...”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.