ABŞ-ın İranla bağlı qərarı İsraildə narazılıq yaratdı

İsrail ABŞ-ın Hörmüz boğazında İrana hərbi təzyiqi azaltmaq qərarından təəccüblənib.

 

Bu barədə “Al-Monitor” diplomatik mənbələrə istinadla məlumat yayıb.

 

Mənbə bildirib ki, Vaşinqtonun bu addımları İsraildə məyusluq yaradıb.

 

Portala görə, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın İranla bağlı bütün addımlarını Təl-Əvivlə əlaqələndirdiyini bildirsə də, iki ölkə arasında bununla bağlı fikir ayrılıqlarından irəli gələn narazılıq var.

 

Qeyd olunub ki, ABŞ Hörmüz boğazı ətrafındakı vəziyyətlə əlaqədar İrana qarşı hərbi təzyiqin azaldılması barədə İsraili əvvəlcədən xəbərdar etməyib.

 

“Al-Monitor”un məlumatına görə, İsrail ABŞ-dan İrana qarşı hərbi əməliyyatların bərpasını gözləyir. Təl-Əviv Vaşinqton və Tehran arasında davam edən danışıqlar fonunda ABŞ-ın İsrailin maraqlarını nəzərə almadan münaqişəni həll edəcəyindən və Tehranın nüvə və ballistik raket proqramları ilə bağlı məsələləri arxa plana atacağından ehtiyat edir. İsrail buna görə də ABŞ-a  təzyiq göstərməyə və İranla Hörmüz boğazındakı vəziyyətlə məhdudlaşmayan əhatəli razılaşmada israr etməyə davam etmək niyyətindədir.

 

**






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.