MOSKVA PARADI-2022: RUSİYA MÜTTƏFİQLƏRİNƏ QARŞI
KREML BÖYÜK QƏLƏBƏNİ MƏNİMSƏYİB
Moskvada və Rusiyanın böyük şəhərlərində 77-ci qələbə paradı zahirən əvvəlkilərdən az fərqlənəcək. Rusiya silahlarının yeni modellərini göstərə bilərlər. Xəbər verilirdi ki, ilk dəfə olaraq Qırmızı Meydan üzərindən qırıcıların müşayiətilə Rusiya ali rəhbərliyinin təyyarə-uçan qərargahı uçacaq.
 
Yeni silahların nümayişi istehza ilə qarşılanacaq, çünki ilk dəfə 2015-ci il paradında göstərilən yeni "Armata" tankı hələ də seriya ilə və Ukraynaya qarşı açılan cəbhələrə buraxılmayıb. "Armata" elə həmin il paradın məşqində susdu.
 
Mayın 9-da V.Putinin Moskvada mavzoleyin tribunasından Ukraynada müharibənin dayandırılması haqda bəyanatı bütün dünyaya Rusiyanın ən yaxşı hədiyyəsi ola bilərdi.
 
Böyük Vətən Müharibəsində faşizmə qarşı vuruşmuş Ukrayna xalqı üzərində qələbə paradı
 
Bu il Moskva paradının əsas fərqi onun Ukraynada - Hitler Almaniyası üzərində qələbəyə ikinci böyük töhfə vermiş xalqın ərazisində Rusiya ordusunun ağır döyüşlər apardığı günlərdə keçirilməsi olacaq. Gürcüstandan sonra bu, ikinci haldır ki, Rusiya keçmiş sovet respublikalarından biri kimi, indi digər keçmiş müttəfiq respublika - Ukrayna ilə müharibə aparır, onu əsassız olaraq faşist ölkəsi elan edir. Qəribədir ki, 1945-ci ildə məğlub olan və faşizmdən təmizlənmiş Almaniya hətta rusiyalı intellektualların da faşizmə daha çox bağlı olduğu Rusiyadan qorunması üçün Ukraynaya silah göndərir.
 
Metodik olaraq,  gün-gündən Ukraynanı dağıdan Rusiya Moldova ilə müharibəyə hədəflənib -Putinin bu növbəti hədəfi barədə RF Mərkəzi Hərbi Dairəsi qoşunlarının komandanı, general Rüstəm Minnekayev bildirib. Rusiya millətçi-vətənpərvərlərin tarixi yaddaşından sterilizə edilmiş  digər keçmiş "qardaş" respublikaları da hədəf altındadır.
 
2014-cü ildən Ukrayna dövlətçiliyini dağıdan Putin 9 may bayramı ilə bağlı ukraynalıların əksəriyyətinin münasibətində köklü dəyişikliklərə nail olub. Bu il mayın 4-nə olan son statistik məlumatlar göstərir ki, Ukraynada rəyi soruşulanların 80% -i üçün 9 may xatirə günüdür, cəmi 15%  üçün Qələbə Günüdür, halbuki 2018-ci ildə onların sayı 58% idi, aprelin 27-də "Reytinq" sosioloji qrupunun keçirdiyi "müharibənin ideoloji markerləri" adlı Ümumukrayna araşdırmasının nəticələrində belə deyilir.
 
Araşdırmanın nəticələrinə əsasən qeyd olunur ki, 2022-ci ilə qədər 9 may bayramı yaşlı əhalinin mütləq əksəriyyəti (80%) tərəfindən əhəmiyyətli şəxsi simvolizm kimi qəbul edilsə də, 2022-ci ildə respondentlərin böyük hissəsi üçün o, keçmişin qalıqlarının (36%) və ya gündəlik həyatın (23%) kateqoriyasına keçib. Qələbə günü rəmzinə münasibətin dəyişməsinə baxmayaraq, ukraynalılar Ukrayna xalqının faşizm üzərində qələbəyə verdiyi töhfəni yüksək (78%) qiymətləndirirlər, 67% isə əmindir ki, Ukrayna İkinci Dünya Müharibəsində Almaniya üzərində qələbəyə ən böyük töhfəni verib. Rusiya haqda belə fikir 23%, Belarus haqda 24%, digər SSRİ ölkələri haqda 21%-dir. Müttəfiqlərə gəlincə, ukraynalıların 30%-i ABŞ-ın ən böyük töhfəsindən danışır,  Böyük Britaniya ilə bağlı bu fikirdə olanlar 27% - dir... 
1945-ci ildən sonra İkinci Dünya Müharibəsi qurbanlarının sayı haqda bir çox statistik məlumatlar dərc edilib. Tədricən, araşdırmadan   araşdırmaya qədər, SSRİ-də öldürülənlərin sayı 20 milyon nəfərdən 42,7 milyon nəfərə - hərbi və mülki şəxslərə qədər   artıb. Son rəqəmi Vulverhempton Universitetinin beynəlxalq siyasi iqtisad üzrə professoru M. Heyns səsləndirib.
 
Ukraynanın bütün ərazisi faşizmlə müharibə ilə əhatə olunmuşdu
 
Müharibədə ən çox insan itkisini SSRİ-də ən çox əhalisi olan Rusiya Federasiyası verib. Elə bu səbəbdən itkilərin sayına görə ikinci ölkə Ukrayna SSR hesab olunur. Üstəlik, RSFSR-in böyük ərazisində müharibə getməmişdi, ancaq USSR-nin bütün ərazisi müharibə və dağıntılarla əhatə olunmuşdu.
 
Müharibənin ilk günlərində yüz minlərlə ukraynalı elan edilmiş səfərbərbərliyə uyğun olaraq ölkənin müdafiəçiləri sıralarına daxil oldular. Ümumilikdə, müharibə illərində Qızıl orduda və donanmada 7 milyondan çox ukraynalı (şəxsi heyətin ümumi sayının 25%-i) döyüşüb. Üstəlik, Ukrayna əhalisi səfərbərliyin iki dalğasını yaşayıb: birincisi 1941– ci ilin iyul-sentyabr aylarında, ikincisi isə 1943–cü ilin yayından 1944-cü ilin payızına qədər. Bundan əlavə, 1941-ci il iyunun sonlarında səfərbərliklə orduya çağırışa şamil edilməyən 16-60 yaşınadək Ukrayna sakinlərindən ibarət 651  qırıcı batalyon (118 mindən çox adam) yaradılmışdı.
 
Ukrayna Hitler təcavüzünün başlanmasını alman-faşist işğalçılarına qarşı möhkəm müqavimətlə qarşıladı. Burada "Cənub" ordusunun qruplarına və almanların ilk tank qrupuna zərbələri öz üzərinə götürən Cənub-Qərb və Cənub cəbhələri yaradıldı. Müharibənin ilk aylarında Ukraynada sovet qoşunlarının döyüş əməliyyatları cəbhənin digər bölgələrində (Baltikyanı və Belarusiyada) olduğundan daha uğurlu olmuşdu. İyunun 23-30-da Dubno-Lutsk-Brodı ərazisində baş tutmuş İkinci Dünya Müharibəsinin ən böyük tank döyüşü, habelə Korostenskaya müdafiə əməliyyatı (11 İyul – 20 avqust 1941-ci il) "Barbarossa" planının icra müddətinin və Hitler komandanlığının Kiyevi tez ələ keçirmək cəhdlərinin pozulmasında mühüm rol oynamışdı.
 
Kiyevin (71 gün) və Odessanın (72 gün) qəhrəmancasına müdafiəsi 30 sənaye sahəsində (SSRİ-nin şərq rayonlarında cəlb edilmiş bütün güclərin, demək olar ki, yarısını təşkil edirdi) 550 iri  müəssisənin, minlərlə kolxoz, sovxozun mal-qarasının, onlarla elmi və təhsil müəssisəsinin, mədəniyyət mərkəzlərinin əmlakının, tarixi dəyərlərin Ukraynadan Urala evakuasiya olunmasını təmin etməyə imkan verdi. 3,5 milyondan çox sakin –öz əmək və intellektual qüvvəsini SSRİ-nin hərbi və iqtisadi potensialının inkişafına sərf etmiş yüksək ixtisaslı işçilər və mütəxəssislər, alimlər, yaradıcı ziyalılar Ukrayna ərazisindən evakuasiya edildi. Artıq 1941-ci ilin dekabrında yeni yerdə Xarkov tank zavodu ilk məhsulunu buraxdı (müharibə dövründə zavod 35 mindən çox tank istehsal edib). Ukrayna alimləri qələbəyə əhəmiyyətli töhfə verdilər. E. Patonun rəhbərlik etdiyi bir qrup alim T-34 tanklarının gövdəsinin avtomatik elektrik qövs qaynağı metodunu işləyib hazırlamışdı. Zirehli poladın yeni əritmə üsulları icad edilmişdi (İ.Dobroxotov).
 
Müharibə dövründə fəaliyyət göstərmiş 15 cəbhədən yarıdan çoxuna əslən ukraynalı olan marşal və generallar rəhbərlik edib. 200-dən çox –ukraynalı general ordulara, korpuslara, diviziyalara uğurla komandanlıq ediblər. Ukraynalı generallar S.K. Timoşenko, F.Y. Костенко, V. A. Хоменко, H.F. Ватутин, A. İ. Yeremenko, R.Y. Malinovski, İ.D. Çernyaxovski,  P.S. Rıbalko, K. S. Moskalenko, D. D. Lelyuşenko, A. A. Qreçko, F. F. Jmaçenko, S. İ.Rudenko, V. F. Gerasimenko, S.Q. Trofimenko, İ.R.Apanasenk və Ukrayna millətindən olan digər hərbçilər Qızıl Orduya rəhbərlik ediblər. İndi onların vətəni Rusiya tərəfindən dağıdılır. Putin ordusu ukraynalı qadınları zorlayır, kişiləri güllələyir, uşaqlar yaralardan həlak olur, qocalar zirzəmilərdə aclıqdan ölür. 1-4-cü Ukrayna cəbhəsinin qoşunlarında, əsasən artilleriya və tank hissələrində, atıcılıq birləşmələrində ukraynalılar 60-80% təşkil ediblər və öz vətənlərinin  faşist işğalçılarından azad olunmasında fəal iştirak ediblər. Ukraynalılar bütün cəbhələrdə, bütün qoşun növlərində və donanmalarda qəhrəmanlıqla döyüşüblər, onların çoxsaylı fədakarlığı və dövlət mükafatları bundan xəbər verir. Döyüşçülər və zabitlər müharibə dövründə ümumilikdə onlara verilən 2,5 mln. orden və medal alıblar. 2072 ukraynalı Sovet İttifaqı Qəhrəmanı olub (mükafatlandırılanların ümumi sayı 11 605 nəfər). İki dəfə Sovet İttifaqı Qəhrəmanı olan 113 nəfərdən 32-si ukraynalıdır, məşhur təyyarəçi- qırıcı İvan Kojedub isə üç dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 
1941-1944-cü illərdə Ukraynanın işğal olunmuş ərazisində 46 partizan birləşməsi və 1993 partizan dəstəsi, briqada və kəşfiyyat-təxribat qrupları (ümumi sayı 518 min nəfər) aktiv fəaliyyət göstərmişdi.
 
Müharibə illərində Ukrayna hərbi əməliyyatların episentrinə çevrilmişdi. Ukrayna əhalisinin beşdə birini itirib; Böyük Vətən Müharibəsində Ukraynanın hərbçi sakinlərinin geri qayıtmayan itkisi 2,4 mln., o cümlədən cəbhələrdə döyüş itkiləri 1,7 mln. olub; İşğalçılar Ukrayna ərazisində 1 mln 366 min hərbi əsiri və 4 mln. dinc sakini məhv etmişdilər; 2,5 mln. nəfərə yaxın adam Almaniyada məcburi işlərə cəlb edilmişdi. Müharibə illərində Ukrayna əhalisi 7,5 milyon (SSRİ-nin müharibədə ümumi itkisinin 28,2% -i) azalıb. Respublika əhalisinin müharibədən əvvəlki sayı 1958-ci ilin yayında bərpa olunub.
 
Müharibə və müvəqqəti işğal Ukrayna iqtisadiyyatına, xalq təsərrüfatına külli miqdarda ziyan vurdu: 714 şəhər, 28 mindən çox kənd, 16 min sənaye müəssisəsi, 18 min müalicə müəssisəsi, 33 minə yaxın məktəb, texnikum, ali məktəb xarabalığa çevrildi. Ukraynada sənaye müəssisələrinin müharibədən əvvəlki sayından ancaq 19% qalıb. 30 min kolxoz, sovxoz, MTS mövcudluğunu dayandırdı. 40 mindən çox qiymətli sənət əsəri, tarixi relikviya və kolleksiyalar da daşındı.
 
Putinə qədər SSRİ-də və Rusiyada heç kim bu xalqın faşizm üzərində qələbəyə verdiyi töhfələrə məhəl qoymayaraq ukraynalıları təhqir etmək barədə düşünə belə bilməzdi. 2010-cu ildə baş nazir V.Putin bildirmişdi ki, Rusiya Böyük Vətən Müharibəsində Ukraynanın köməyi olmadan da müstəqil şəkildə qalib gələ bilərdi. "Biz onsuz da qalib gələcəydik, çünki biz qalib ölkəyik", - o demişdi. Sonra əlavə etmişdi ki, deyilənlər "keçmiş Sovet İttifaqı respublikasının ümumi qələbəsində oynadığı rolu" kiçiltmir. Amma Putinin dedikləri tarixdə qaldı. 4 il sonra, 2014-cü ildə Putin gizli olaraq Krım yarımadasına hərbi desant çıxardı, bundan sonra Ukrayna torpağının işğalı başladı və 2022-ci il tammiqyaslı müharibəyə gətirib çıxardı.
 
Bütün bunları nəzərə alaraq, mayın 3-də Ukrayna Ali Radası İkinci Dünya Müharibəsində nasizm üzərində qələbənin Rusiya tərəfindən inhisara alınmasının yolverilməzliyilə bağlı bəyanat qəbul edib.
 
Ukraynalı deputatlar bəyan edirlər ki, Rusiya tarixi hadisələri təhrif edir və Hitler üzərində qələbədəki xidmətləri mənimsəməyə çalışır.
 
Qələbə "antihitler koalisiyasının və azadlıq hərəkatlarının ümumi nailiyyəti, müharibənin özü isə dünya xalqlarının ümumi faciəsi oldu", - bəyanatın mətnində deyilir.
 
Rusiyanın faşizm üzərində qalib ölkələri siyahısında Azərbaycan yoxdur
 
Əgər Putin deyirsə ki, Ukrayna olmasaydı da, Rusiya qalib gələrdi, 1940-cı ildə 3 milyon 274 min əhalisi ilə Azərbaycanın qələbəyə töhfəsi onun nə vecinə. 1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə 681 min nəfər, o cümlədən 10 min qadın və ya 3,4 milyonluq respublikanın hər beşinci sakini getmişdi. 350 minə yaxın adam qayıtmadı, - "Türk xalqları" ensiklopedik məlumat kitabı bildirir. Cəbhəyə gedənlərin 51% - i həlak oldu. 
Azərbaycan SSR-də 77-ci, 223-cü, 271-ci, 402-ci və 416-cı   Azərbaycan milli diviziyaları formalaşmışdı.
 
Böyük Vətən Müharibəsi başlayana qədər Azərbaycan SSR neft və neft məhsullarının, neft sahəsində mütəxəssislərin əsas təchizatçısı, neft avadanlığının əsas istehsalçısı idi. Müharibə illərində Azərbaycan neftçiləri bütün ölkə yanacağının 90%-ə qədərini istehsal edirdilər. 75 mln. ton neft hərbi ehtiyaclara yönəldilmişdi.
 
Müharibə illərində sərf olunan 17 milyon ton neft məhsulundan 13 milyon ton neft Azərbaycanda istehsal edilmişdi. Aviasiya benzini istehsalının təxminən, 85% - i onun payına düşürdü. Cəbhəyə 1 milyon tondan çox B-78 yüksək oktanlı benzin göndərilmişdi. Bakıdan dənizlə və sonra dəmir yolu ilə neft və neft məhsullarının neft bazalarına, oradan isə ölkənin müxtəlif regionlarının emal zavodlarına göndərilməsi həyata keçirilirdi. Sovet döyüş maşınının 75-80%-i bakılıların zəhməti hesabına hərəkət edirdi.
 
Ordunu təmin etmək üçün böyük miqdarda ərzaq, geyim, ayaqqabı və digər məhsul növləri tələb olunurdu. Böyük Vətən Müharibəsinin ilk dövründə Azərbaycanın yüngül sənaye müəssisələri Fəhlə-Kəndli Qızıl Ordusunun ehtiyacları üçün 30-a yaxın növ məhsulun istehsalı ilə məşğul idi.
 
Azərbaycan SSR-də 130-dan çox silah və döyüş sursatı istehsal olunurdu. Onların arasında “Şpaqin” tapança-pulemyotu, reaktiv minaatanlar üçün mərmilər, Yak-3 və UTİ-4 qırıcı təyyarələri istehsal olunurdu.
 
Bakıda 31 400 yerlik 41 hərbi hospital fəaliyyət göstərib. Azərbaycan SSR hospitalları bir milyon yarım sovet əsgər və zabitini xidmətə qaytarıb.
 
Çağdaş Rusiyada ukraynalıların, azərbaycanlıların və digər xalqların Almaniya üzərində qələbəyə töhfələri unudulub. Bunu xatırlamamağa üstünlük verirlər. Üstəlik, RF Dövlət Dumasının iki deputatı - Mixail Delyagin və müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Şerin Azərbaycana qarşı hərbi gücün tətbiqi barədə təkliflə çıxış ediblər, həm də nüvə silahının tətbiqilə. RF Dumasının rəhbərləri deputatların fikirlərinə mənfi münasibət bildirməyiblər və bununla da öz razılıqlarını sükutla təsdiqləyiblər.
                                                           Kamal Əli (astna.biz)





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.