Yuliya Timoşenkonun partiyasının ofisində AXTARIŞ APARILDI
VİDEO

Ukraynanın müxalif "Batkivşina" partiyasının rəhbəri Yuliya Timoşenkonun ofisində axtarış aparılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkədə siyasətçi özü yazıb.

 

"Bu fövqəladə istintaq hərəkətlərinin qanunla heç bir əlaqəsi yoxdur. Başdan-ayağa qədər silahlanmış otuzdan çox insan heç bir sənəd göstərmədən faktiki olaraq binanı ələ keçirib və əməkdaşları girov götürüb", - Y.Timoşenko bildirib.

 

Daha əvvəl mediada Ukrayna Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun Ali Radadakı fraksiyalardan birinin rəhbərini korrupsiyada şübhəli bildikləri barədə xəbər yayılmışdı, lakin fraksiya rəhbərinin adı çəkilməmişdi.

 

İlkin olaraq fraksiya rəhbərinin əməlləri Ukrayna Cinayət Məcəlləsinin 369-cu maddəsinin 4-cü hissəsi ilə (vəzifəli şəxsə rüşvət təklif etmə, vəd etmə və ya vermə) tövsif olunur. İddia edilir ki, söhbət konkret qanun layihələrinin "lehinə" və ya "əleyhinə" səs vermələri üçün digər fraksiyaların bir sıra deputatlarına rüşvət təkliflərindən gedir.

 

Xatırladaq ki, Y.Timoşenko 4 fevral-8 sentyabr 2005-ci il və 18 dekabr 2007 - 3 mart 2010-cu illərdə Ukraynanın Baş naziri vəzifəsində çalışıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.