Türkiyə havadan buraxılacaq ballistik raketlər hazırlayır
VİDEO

Türkiyə 2026-cı ildə havadan buraxılan ballistik raketlərin sınaqlarını həyata keçirməyi planlaşdırır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin “Roketsan” şirkətinin baş direktoru Murat İkinci məlumat verib.

 

Onun sözlərinə görə, 2026-cı il ərzində bir sıra yeni raket sistemlərinin genişmiqyaslı sınaqları keçiriləcək, eyni zamanda həmin sistemlərin seriyalı istehsalına başlanılması nəzərdə tutulur.

 

Xatırladaq ki, ötən il Türkiyə ilk hipersəsli ballistik raketi TAYFUN BLOK-4 təqdim edib. 

 

Raketin uzunluğu 10 metr, çəkisi isə 7 200 kiloqramdır. O, Türkiyə müdafiə sənayesinin ən uzunmənzilli (3 min kilometr) sistemidir. “Roketsan” tərəfindən istehsal edilən raket hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri və hərbi obyektlər kimi strateji hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Həmin raketlər əsas komponentlər üzrə İran istehsalı olan ballistik raketlərdən üstündür.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.