Fransa erməniləri bu məqsədlə silahlandırır...
ELÇİN ALIOĞLU YAZIR

Fransa Ermənistanı yeni müharibəyə sürükləməyə çalışsa da, Parisin planları baş tutmayacaq

 

Fransanın müdafiə naziri Sebastyan Lekornyu Ermənistana "müdafiə xarakterli" silah-sursat və hərbi texnikanın satılmasının nəzərdə tutulduğunu bildirib.

 

Nazir konkret olaraq hansı hərbi texnikanın satılacağını deməsə də, "bu texnikadan Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün istifadə olunacaq" söyləyib.

 

"Dövlət başçısı Emmanuel Makron dəqiq müəyyənləşdirib ki, planlarımızda müdafiə xarakterli silah və texnikanın satışı var. Ermənistanla müzakirələrimiz də bu istiqamətdədir. Artıq heç nə deyə bilmərəm. Lakin bəzi silahlarımız ilk növbədə Ermənistanın təhlükəsizliyinin təminatına və vətəndaşlarının həyatlarının qorunmasına xidmət edəcək", - S.Lekornyu Senatda Fransanın müdafiə büdcəsinin müzakirələri zamanı deyib. 

Onun sözlərinə görə, İrəvanla hərbi əməkdaşlıq məsələlərini Ermənistanın müdafiə naziri Suren Papikyanla müzakirə edəcək.

 

Göründüyü kimi, Fransanın Ermənistana silah satması, ilk növbədə, Azərbaycana qarşı düşmənçilikdir. Bundan başqa, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir.

 

Rəsmi Parisdən ermənilərə silah və hərbi texnikanın tədarükü Ermənistanda revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə heç cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir. Bu ölkə XXI əsrdə belə hələ də müstəmləkə təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan əl çəkə bilmir.

 

Fransanın siyasi elitalarının, hakimiyyət komandasının və xüsusilə də ölkə prezidenti Emmanuel Makronun Azərbaycana qarşı aqressiv mövqeyi əslində rəsmi Bakı üçün heç bir əhəmiyyət kəsb etmir.

 

Paris Cənubi Qafqazda geosiyasi təsir imkanlarını artırmağa, hadisələrəin məcrasını dəyişmək üçün rıçaqlara yiyələnmək istəsə də, niyyətlərinin reallaşma şansı çox azdır.

 

Belə ki, Paris Bakıya pressinq cəhdlərini nə qədər artırırsa, aldığı cavablar bir o qədər sərt olur.

 

Makron administrasiyasının hələlik əldə etdiyi yeganə uğur Frasna və Azərbaycan arasındakı əlaqələrin indi faktiki olaraq dondurulmuş vəziyyətdə olmasıdır. Bütün siyasi müzakirələr, parlamamentlərarası əlaqələr, strateji diskussiyalar, humanitar işbirliyi və mədəniyyət sahəsində tərəfdaşlıq dayandırılıb.

 

Ermənistanla əlaqələrin sürətlənməsindən sonra erməniləri silahlandırmaq niyyəti Parisin bölgədəki qüvvələr nisbətlərini süni şəkildə dəyişdirmək, İrəvandan regiondakı proseslərə təsir vasitəsi kimi istifadə etmək istəyi ilə bağlıdır.

 

Rusiyanı Ermənistanın hamisi rolundan kənarlaşdırmağa can atan Emmanuel Makron erməniləri silah və hərbi texnika vasitəsilə öz tərəfinə çəkərək Paşinyan administrasiyasındakı Qərbə meyillilik siyasətini aktivləşdirmək fikrindədir. 

Eyni zamanda Makron ermənilərdən Azərbaycana və Türkiyəyə təzyiq aləti kimi də istifadə etmək istəyir.

 

Bakı ilə münasibətlərin pisləşməsində isə təşəbbüskar da biz yox, neokolonializm mərəzindən hələ də qurtula bilməyən Fransadır.

 

Ermənistan silahlı qüvvələrinin 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra dağılmış vəziyyətdən indiki günədək hələ də normal ordu, adekvat müdafiə potensialına malik struktur vəziyyətini ala bilməməsini nəzərə alsaq, Fransanın erməniləri silahlandırmaq niyyəti sadəcə, bölgədə gərginliyin daha da artmasına xidmət edən aksiyadır.

 

Fransa bir sıra məsələlərdə situativ müttəfiqi olan İranın da bölgədəki maraqlarını heçə saydığından, rəsmi Tehran anlayır ki, erməniləri sürətlə silahlandırmaq niyyətinə düşən Makron administrasiyasının yeni qərarı mütləq şəkildə onun regional tərəfdaşlar saydığı ölkələrin kəskin qıcığı ilə qarşılanacaq.

 

Rusiya Federasiyasının reaksiyasını təxminləmək çətin deyil: Fransa ilkin mərhələdə Rusiyanı Cənubi Qafqazdakı problemlərlə bağlı danışıqlar və nizamlanma prosesindən ATƏT-in Minsk Qrupunda kənarlaşdırmağa çalışırdısa, son illərdə Moskvanın maraqlarına zidd saydığı addımları fasiləsiz prosesə çevirib.

 

Rusiyanın lokal geosiyasi məkandakı planları üçün Ermənistanın xüsusi əhəmiyyət kəsb etdiiyni xatırlasaq, Parisin İrəvanı tam ələ almaq və ermənilərin yeni hamisi roluna yiyələnmək taktikası Moskvanın çox sərt müqaviməti ilə qarşılaşacaq.

 

Təbii ki, bu zaman İran da Rusiya ilə yeni müstəvidə yer alaraq Fransanın bölgə ilə bağlı absurd planlarının qarşısının alınması üçün hər şeyi edəcək.

 

Afrikadakı macəraları Qafqazda təkrarlanacaq Fransanın buradan da rüsvayçılıqla qovulması şübhə doğurmayan ehtimaldır.

 

Paris həmin günə sürətlə yaxınlaşır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.