
Paris Apellyasiya Məhkəməsi keçmiş Fransa prezidenti Nikolya Sarkozinin vəkillərinin məhkəmə nəzarəti altında onun həbsdən azad olunması ilə bağlı vəsatətini təmin edib.
Senzor.az bildirir ki, bu barədə məhkəmənin qərarına istinadən BFMTV telekanalı məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, 70 yaşlı Sarkozi ayağına elektron qolbaq taxacaq. Onun ölkə ərazisini tərk etməsi qadağandır.
Bunlardan başqa, Fransanın sabiq prezidentinin, onun işi üzrə təqsirləndirilən və şahid qismində çıxış edən şəxslərlə əlaqə saxlaması da qadağan olunub.
Xatırladaq ki, Sarkozi bu il oktyabrın 21-dən həbsxanada idi. O, 2007-ci il seçki kampaniyasının Liviya lideri Müəmmar Qəddafinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlı iş üzrə beş il müddətinə azadlıqdan məhrum edilib.