
3 dekabrda Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək və proqram təsdiqlənəcək.
Senzor.az bildirir ki, NATO Mətbuat xidmətinin yaydığı açıqlamada belə geyilir.
"NATO xarici işlər nazirləri 3 dekabr 2025-ci ildə Alyansın qərargahında görüşəcəklər. İclasa baş katib Mark Rutte sədrlik edəcək. Ətraflı proqram daha sonra təqdim olunacaq", - açıqlamada bildirilir.