Bakıda islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfransın ilk günü başa çatıb - YENİLƏNİB, FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın ilk günü başa çatıb.


Senzor.az xəbər verir ki, tədbirə dünyanın 30 ölkəsindən alimlər beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130-dan çox beynəlxalq qonaq qatılıb.


Konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub.


Eyni zamanda BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına müraciəti səsləndirilib.


Açılış mərasimindən sonra beynəlxalq konfrans işini plenar iclasla davam etdirib. "Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış" adlı ilk panel iclasda "Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən nəzərdən keçirilməsi", "İctimai rəyin formalaşdırılması: rəqəmsal islamofobiya" və "Ali təhsil kontekstində islamofobiya ilə mübarizə" aralıq sessiyalar təşkil olunub.

**16:52

Martın 8-da Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində plenar iclas təşkil olunub.


Senzor.az xəbər verir ki, “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” mövzusunda keçirilən plenar iclasa moderatorluğu ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə edib.


Tədbirdə sülh, insan hüquqlarına və dini müxtəlifliyə hörmət kimi ortaq məqsədlərə nail olmağa yönəlmiş əməkdaşlıq səyləri və perspektivləri ilə bağlı müzakirələr aparılıb.


İclasda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanın islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfranslara ev sahibliyi etməsi artıq ənənə halını alıb. Dinlərarası qardaşlıq mühitinin hökm sürdüyü Azərbaycan milli, mədəni, dini dəyərlərini də unutmur. Ölkəmiz multikulturalizm baxımından dünyada nümunəyə çevrilib. Burada yaşayan insanlar dinindən, irqindən asılı olmayaraq, eyni hörməti görürlər.


Azərbaycanın işğaldan azad olunan ərazilərində İslam dininə aid abidələrə qarşı törədilən vandalizmi xatırladan şeyxülislam qeyd edib ki, əsarətdən qurtulmuş məscidlər yenidən bərpa olunur. “Azərbaycanda bütün dinlərə məxsus ibadət məkanları qorunur. Çünki bizim dinimiz əmin-amanlıq dinidir və İslamdan təxribatlar üçün sui-istifadə olunması yolverilməz haldır. Təəssüf ki, son dövrlər Avropanın daha çox ölkəsində islamofobiyanı müşahidə etmək mümkündür. Bəzi Qərb dövlətlərinin apardığı siyasət nəticəsində islamofobiya halları artıb. Müsəlmanlar həmin ölkələrdə ciddi problemlərlə üzləşirlər”, - deyən şeyxülislam əlavə edib ki, Azərbaycanın hər zaman milli, dini qarşıdurmalara yol açan fikirlərlə mübarizədə fəallıq göstərib. Dünya ictimaiyyəti də milli, dini, irqi ayrı-seçkiliyə “yox!” deməlidir.

ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fətəlrahman Ömər Məhəmməd çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan hökuməti islamofobiyaya qarşı mübarizədə böyük işlər görür.


İslam Əməkdaşlığı Təşkilatının sivilizasiyalararası dialoqu inkişaf etdirdiyini söyləyən Xalid Fətəlrahman Ömər Məhəmməd İslam və xristian dinlərinin nümayəndələri arasında bağlılığın artdığını deyib. Vurğulayıb ki, bu, səmərəli dialoqun nəticəsidir.


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslamofobiyanın Müşahidə Mərkəzinin rəhbəri Dodik Ariyanto isə islamofobiyanın artıq bir qlobal fenomenə çevrildiyini söyləyib. O, BMT Baş Assambleyasının islamofobiyaya qarşı mübarizə ilə bağlı qətnaməsinin qəbul edilməsini mütərəqqi hal kimi qiymətləndirdiklərini bildirərək deyib: “Bu cür sənədlər qlobal səviyyədə islamofobiyanın mövcud olduğu təsdiqləyir”.


Dodik Ariyanto hökumətlərin, QHT-lərin, beynəlxalq təşkilatların bu mübarizədə mühüm rolunu vurğulayıb. Diqqətə çatdırıb ki, islamofobiyaya qarşı mübarizə fərqli cəbhələrdə aparılmalıdır. Burada, əlbəttə, dinlərarası dialoq mühüm rol oynayır. Belə tədbirlərin sayını artırmalı, tolerantlıq, sülh və əmin-amanlığı təbliğ etməliyik”.


Cənubi Afrika Respublikasının ABŞ-dakı sabiq səfiri, Hamı üçün Dünya Fondunun təsisçisi Ebrahim Rasul diqqətə çatdırıb ki, son yüz ildə dünyada müharibələr, irqçilik, islamofobiya kimi mənfi təzahürlərin şahidi oluruq. Müasir dövrdə bu dərəcədə nifrət, gender əsaslı zorakılıqlar ciddi narahatlıq doğurur. Biz bu cür çətinliklərlə hər gün üzləşirik.


Qonaq bildirib ki, son 100 ildə Qərbdə islamofobiya genişlənib, inkişaf edib. Bizim multikultural dünya üçün mübarizəmiz, eyni zamanda, irqçiliyə, ayrı-seçkiliyə qarşı mübarizə deməkdir. Bütün bu məsələlər qorxudan, qərəzdən qaynaqlanır. Biz əsas səbəblərlə mübarizə aparıb onları həll etməliyik. Mübarizəmiz kompleks şəkildə olmalıdır.

Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri qeyd edib ki, BMT insan hüquqlarına ehtiramın, multikulturalizm ideologiyasının üzərinə qurulan bir təşkilatdır. Təəssüf ki, bu təşkilat islamofobiyanın qarşısını ala bilmir.


İslamofobiyanın ideoloji faciəyə çevrildiyini bildirən M.Beçəri qeyd edib: “İslamofob fikirlərə artıq bir sıra Avropa ölkələrinin liderlərinin çıxışlarında da rast gəlinir. Müsəlman qadınlar hicab geyindikləri üçün işləyə, təhsil ala bilmirlər. Onlar ictimaiyyətdə çox ciddi ayrı-seçkiliklə üzləşirlər. Qərb ölkələrində 50 milyona yaxın müsəlman yaşayır. Ancaq onlar həmin ölkələrin vətəndaşları ilə eyni dəyəri görmürlər”.


Baş katib islamofobiya hallarının qarşısını almaq üçün təkliflər irəli sürüb, seminarların, forumların keçirilməsinin vacibliyinə diqqət çəkib, tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.


Böyük Britaniya Müsəlmanları Parlament Qrupunun sədr müavini Əfzal Xan isə qeyd edib: “İslamofobiya elə bir irqçilikdir ki, Qərbdə daha aydın görünür. Belə ki, son aylarda dünyada islamofobiya halları 335 faiz artıb. Bundan əlavə, Yeni Zelandiyada 51 müsəlman öldürülüb”.


O deyib ki, Böyük Britaniyada müsəlmanlar daha çox yoxsulluq vəziyyətində yaşayır və onların 35 faizi islamofobiyaya məruz qalır.


Əfzal Xan əlavə edib ki, Britaniyada böyük partiyalarda belə müsəlmanlara qarşı ədalətsizlik var. Hətta Baş nazir də müsəlmanlara qarşı qərəzli münasibət göstərir. Ona görə də bu problemi həll etmək üçün əvvəlcə rəhbərlər dəyişməlidir. Bu, endemik problemdir. Bu mübarizə yalnız islamofobiyaya qarşı yox, həmçinin irqçiliyə qarşıdır.


İclas mövzu ətrafında müzakirələrlər davam edib.

**11:49

BMT insan hüquqlarına ehtiramın, multikulturalizm ideologiyasının üzərinə qurulan bir təşkilatdır. Bu təşkilat təəssüf ki, islamofobiyanın qarşısını ala bilmir.


Senzor.az xəbər verir ki, bu sözləri Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı panel iclasında deyib.


İslamofobiyanın ideoloji faciəyə çevrildiyini bildirən Məhəmməd Beçəri qeyd edib ki, islamofobiya dolu fikirlər artıq bir sıra Avropa ölkələri liderlərinin çıxışlarında görülür:


“Müsəlman qadınlar hicab geyindikləri üçün işləyə, təhsil ala bilmirlər. Onlar ictimaiyyətdə çox ciddi ayrı-seçkiliklə üzləşirlər. Qərb ölkələrində 50 milyona yaxın müsəlman yaşayır. Ancaq onlar həmin ölkənin vətəndaşları ilə eyni dəyəri görmürlər”


Məhəmməd Beçəri islamofobiya hallarının qarşısını almaq üçün təkliflər irəli sürüb: “Bütün dünya dövlətlərində dinlərə qarşı ayrı-seçkilik cinayət kimi qəbul olunmalı və bununla bağlı beynəlxalq qanun təsis edilməldir. Digər məsələ isə, ictimaiyyətdə İslamla bağlı düzgün təsəvvürün formalaşmamasıdır. Seminarlar, forumların keçirilməsi olduqca vacibdir. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm”.

**

İslamofobiya artıq bir qlobal fenomen halını alıb. Biz BMT Baş Assambleyasının islamofobiyaya qarşı mübarizə ilə bağlı qətnaməsinin qəbul edilməsini mütərəqqi bir hal kimi qiymətləndiririk. Bu cür sənədlər qlobal səviyyədə islamofobiyanın mövcud olduğu təsdiqləyir.


Bu sözləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslamofobiyanın Müşahidə Mərkəzinin rəhbəri Dodik Ariyanto Bakıda islamofobiyaya həsr olunan beynəlxalq konfrans çərçivəsində keçirilən “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı plenar iclasında söyləyib.


O, hökumətlərin, QHT-lərin, beynəlxalq təşkilatların bu mübarizədə mühüm rolunu qeyd edib:


“İslamofobiyaya qarşı mübarizə fərqli cəbhələrdə baş verməlidir. Burada, əlbəttə ki, dinlərarası dialoq mühüm rol oynayır. Biz bu kimi tədbirlərin sayını artırmalıyıq. Tolerantlıq, sülh və əmin-amanlığı təbliğ etməliyik”.

**

Birləşmiş Millətlər Təşkilatının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsi islamofobiyaya qarşı mübarizədə mühüm addımdır. Bu mübarizədə bizim üzərimizə böyük məsuliyyət düşür.


Bu sözləri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusif Əl-Dubei Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransda çıxışında söyləyib.


O qeyd edib ki, Azərbaycan bu illər ərzində islamofobiyaya qarşı mübarizəyə həsr olunan yüksəksəviyyəli müxtəlif tədbirlər keçirib, nümunəvi addımlar atıb. Bu tədbirin keçirilməsi də Azərbaycanın güclü öhdəliyini əks etdirir. “İslam Əməkdaşlıq Təşkilatı bugünkü konfransın nəticələrini səbirsizliklə gözləyir”, - deyə qonaq əlavə edib.


İƏT Baş katibinin köməkçisi diqqətə çatdırıb ki, dünyada təxribat xarakterli aktların törədilməsi davam edir. İnsanlar dini inanclarına görə hədəfə alınır.


“Müsəlmanlara qarşı təzyiqlərin, ayrı-seçkilik hallarının qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir. İƏT beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətlərini bu hallara qarşı birləşməyə, səfərbər olmağa çağırır”, - deyə Yusif Əl-Dubei vurğulayıb.

**

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan hökuməti islamofobiyaya qarşı mübarizədə böyük işlər görür.


Bu sözləri ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fətəlrahman Ömər Məhəmməd “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın planer iclasında söyləyib.


O bildirib ki, İslam Əməkdaşlığı Təşkilatı sivilizasiyalararası dialoqu inkişaf etdirir.


Xalid Fətəlrahman Ömər Məhəmməd İslam və xristian dinlərinin nümayəndələri arasında bağlılığın artdığını deyib: Bu da səmərəli dialoqun nəticəsidir”.

**09:42

Martın 8-də Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda iki günlük beynəlxalq elmi konfrans keçirilir.

 

Senzor.az bildirir ki, İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə reallaşdırılır.

 

Konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

 

Konfrans çərçivəsində iki plenar iclas keçiriləcək. Hər paneldə 6-7 spikerin olması nəzərdə tutulur.

 

Martın 10-da konfrans iştirakçılarının 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşaya səfəri planlaşdırılır. 

Xatırladaq ki, martın 15-nin “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qəbul edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.