
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefonla danışıb.
Senzor.az bildirir ki, bu barədə CNN Türk məlumat yayıb.
Söhbət zamanı Özgür Özəl qardaş ölkə Azərbaycanın Zəfər Gününün beşinci ildönümü münasibətilə təbriklərini çatdırıb, şəhidlərə rəhmət diləyib.
CHP sədri iki ölkə arasında tarixi bağların mövcud olduğunu qeyd edərək, Türkiyənin Azərbaycanın həm sevincini, həm də kədərin dərindən hiss etdiyini vurğulayıb.
Tərəflər Cümhuriyyət Xalq Partiyası ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi məsələsində razılığa gəliblər.
Özgür Özəl, həmçinin daha əvvəl Şimali Kipr Türk Cümhuriyyətində gördüyü “Azərbaycan Şəhid Övladları Qrupu”nun vəziyyəti ilə maraqlanıb. Prezident İlham Əliyev bu diqqətdən məmnunluğunu ifadə edərək, həmin uşaqların hər iki ölkənin övladları olduğunu bildirib.
Məlumatda o da bildirilir ki, Prezident İ.Əliyev Özgür Özəlin və Cümhuriyyət Xalq Partiyasının Azərbaycana göstərdiyi diqqət və maraqdan məmnun olduğunu qeyd edib.