Azad edilmiş torpaqların işğal dövründə mina və digər partlayıcı maddələrlə hədsiz dərəcədə çirkləndirilməsi Böyük Qayıdış Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsinə maneə törədir.
Senzor.az xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib.
Nazir İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 350-dən çox vətəndaşımızın mina partlayışlarının qurbanı olduğunu diqqətə çatdırıb. Deyib ki, bu, səhiyyə sistemi üçün ciddi problemdir.
**13:00
XI Qlobal Bakı Forumun ikinci günündə növbəti panel iclası “Həyatda qalmağımızı maliyyələşdirmək: İqlim ədaləti” mövzusuna həsr olunub.
Senzor.az xəbər verir ki, panel iclasa Dünya Bankının Şərqi və Cənubi Afrika regionu üzrə sabiq vitse-prezidenti Hafez Qanem moderatorluq edir.
Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.
Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.
**
Təmiz ətraf mühit və yaşıl iqtisadiyyatın artırılması strategiyamızda əsas xətti təşkil edir.
Bu sözləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Həyatda qalmağımızı maliyyələşdirmək: İqlim ədaləti” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.
Az inkişaf edən ölkələrdə iqlim dəyişmələrinin problem və çətinliklər yaratdığın bildirən E.Əliyev qeyd edib: “Azərbaycan orta gəlirli ölkələr sırasında yer alır və yaşıl enerjinin keçidini təmin edirik. Eyni zamanda, işğaldan azad olunmuş ərazilər yaşıl enerjili ərazi kimi elan edilib. Xəzəri külək enerjisinin ixracatçısına çevirəcəyik. Biz iqlim maliyyələşdirilməsində uğur qazanmaq və bunu ayrı-seçkilik olmadan etmək istəyirik”.
**12:08
İqlim dəyişmələri nəticəsində təbii fəlakətlər baş verir ki, bu da maliyyə itkisi ilə nəticələnir.
Bu sözləri BMT-nin Məskunlaşma Proqramının 2018-2024-cü illərdə icraçı direktoru xanım Maimuna Mohd Şərif XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
M.M.Şərif bildirib ki, hesablamalara görə, 77 faiz karbon emissiyası şəhərlərin payına düşür. 2050-ci ildə 70 faiz əhali şəhərlərdə yaşayacaq. İqlim dəyişmələri ilə bağlı tədbirlər görülməlidir. Milyonlarla dollar vəsait ayrılsa da, iqlim dəyişmələri ilə mübarizə düzgün planlaşdırmadan keçir. Düzgün şəhərsalma olmasa, effektiv nəticə əldə edilməyəcək.
“Mən inanıram ki, COP29 yerli səviyyədə tədbirlər planı ilə nəticələnəcək və hər bir ölkənin müəyyənləşdirdiyi yerli planlar 2030 Proqramına töhfə verəcək”, - deyə o vurğulayıb.
**11:49
Biz ənənəvi enerjinin sonunu yaşayırıq. Reallıq odur ki, iqlim dəyişmələri bizə təsir etməkdədir. Ölkələr bir araya gələrək sərhəd tanımadan birlikdə işləməlidir. Bizim əlimizdə texnologiya var, amma vəsait kifayət qədər deyil.
Bu sözləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
“COP29-un əsas çətinliklərindən biri də vəsaitlərin cəlb edilməsidir. Bunu etmək üçün biz çox çətin vəziyyətə keçid alacağıq. Azərbaycanda keçiriləcək COP29 tarixi olacaq. Hər bir COP müəyyən bir bünövrədir. COP29 bizim üçün vacibdir. Azərbaycan taleyüklü öhdəliyə malik olacaq”, - deyə o əlavə edib.
**11:45
COP29-un qarşısında çox çətin məsələlərin həlli dayanır. Bunlardan biri iqlim maliyyələşdirilməsidir. Enerji keçidinin mexanizmi hazırlanmalıdır. Özəl sektorun da burada önəmli rolu var.
Senzor.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının baş direktorunun müavini, Qlobal Tərəfdaşlıq və Xarici Əlaqələr Direktorluğunun idarəedici direktoru Fatu Haydara XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar?” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
“Bu il prioritet məsələlər sırasında sənaye texnologiyası həllərinin təklif edilməsidir. Sənaye sahəsi təcrübəli iş yerləri təmin edir. İqlim dəyişiklikləri strategiyasının üç əsas amili var. Bunlardan ilki gələcəkdə sənaye polisi amilinin vacibliyidir. İnnovasiyalı təsisatlar və təşkilatların potensialı güclənməlidir. Artıq özəl sektorlarla fəaliyyət gündən-günə müsbət istiqamətdə irəliləyir. Onların enerji ehtiyatları sənayesini dəstəkləyirik”, - deyə o qeyd edib.
**10:12
XI Qlobal Bakı Forumu ikinci günündə işini panel iclaslarla davam etdirir.
Senzor.az bildirir ki, “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” adlı panel iclasına “Fortescue Metals and Fortescue Future İmdustries” şirkətinin İdarə Heyətinin sədri Jan Baderşnayder moderatorluq edir.