
İran İsrailə zərbə endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı İsrailin Müdafiə Ordusu yayıb.
Bildirilib ki, İrandan ölkəyə raket buraxıldığı qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl İsrail İrana qabaqlayıcı zərbə endirib.
**
İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da öz növbəsində İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatına başladığını bəyan edib.
Məlumata görə, hava hücumlarına cavab olaraq ilkin mərhələdə İsrail paytaxtına 30 ballistik raket atılıb.
İran İsrailə qarşı əməliyyatını "Fateh Xeybər" adlandırıb.