
İran ABŞ-ın Fars körfəzi ölkələrindəki dörd hərbi bazasına zərbələr endirib.
Bu barədə İran KİV-i məlumat yayıb.
"Qətərdəki Əl-Üdeyd, Küveytdəki Əli əl-Salim, BƏƏ-dəki Əl-Dəfra aviabazaları, eləcə də ABŞ HDQ-nin Bəhreyndəki Beşinci Donanmasının bazası İranın raket zərbələrinə məruz qalıb", - "Fars" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən bildirib.