ABŞ İrana qarşı döyüş əməliyyatlarına başlayıb - TRAMP TƏSDİQLƏDİ
VİDEOMÜRACİƏT

"ABŞ İrana qarşı döyüş əməliyyatlarına başlayıb".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "X" hesabında videomüraciət paylaşıb.

 

"Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır. İranın hərəkətləri ABŞ qoşunlarına və ölkəmizin xaricdəki hərbi bazaları üçün birbaşa təhlükə yaradırdı. Biz onların donanmasını tamamilə məhv edəcəyik", - deyə ABŞ lideri bildirib. 

Amerika lideri bəyan edib ki, İrana qarşı əməliyyat onun nüvə və raket proqramlarına yönəlib. O, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağına əmin edib.

 

Bundan əlavə, Tramp İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) silahı yerə qoymağı əmr edib. O söz verib ki, "onlarla ədalətli rəftar olunacaq və tam toxunulmazlıq veriləcək, əks halda onları qaçılmaz ölüm gözləyir".

 

ABŞ Prezidenti, həmçinin iranlıları sığınacaqda qalmağa çağırıb, çünki "bombalar hər yerə düşəcək".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.