Zelenski UTX rəhbərini və baş prokuroru işdən çıxarmasının şok səbəbini açıqladı - RUSİYA XÜSUSİ XİDMƏT ORQANLARI İLƏ ƏMƏKDAŞLIQ İZLƏRİ...
YENİLƏNİB

Prezident Volodimir Zelenski İvan Bakanovun UTX rəhbəri, İrina Venediktovanın isə baş prokuror vəzifəsindən kənarlaşdırılmasının səbənini açıqlayıb.

 

Senzor.az UNİAN-a istinadın bildirir ki, bunu dövlət başçısı bir az əvvəl ukraynalılara axşam müraciətində edib.

 

Zelenski qeyd edib ki, bu gün ona düşmənə işləyən cinayətkarlara qarşı növbəti əməliyyatın nəticələri barədə məlumat verilib.

 

"Dövlət İstintaq Bürosunun əməkdaşları Ukrayna Təhlükəsizlik Xidməti ilə birlikdə UTX-nın Krım Muxtar Respublikası üzrə Baş İdarəsinin keçmiş rəisini saxlayıblar. Bu şəxs genişmiqyaslı işğalın əvvəlində mənim tərəfimdən işdən çıxarılıb və gördüyümüz kimi, həmin qərar tamamilə əsaslı imiş. Vətənə xəyanətdə şübhəli bilinməsi ilə bağlı ona qarşı kifayət qədər sübutlar toplanıb. Onun bütün cinayət əməlləri sənədləşdirilib. Onun bu aylar ərzində və ondan əvvəl etdiyi hər bir işə lazımi hüquqi qiymət veriləcək”, - deyə  Zelenski vurğulayıb.

 

Prezident əlavə edib ki, “onunla birlikdə Rusiya Federasiyasının maraqları naminə işləyən cinayətkar qrupun tərkibində olan hər bir şəxs də məsuliyyətə cəlb olunacaq”. Söhbət xüsusilə məxfi məlumatların düşmənə ötürülməsindən və Rusiya xüsusi xidmət orqanları ilə digər əməkdaşlıq faktlarından gedir.

 

Zelenski bu əməliyyatda iştirak edən hər kəsə təşəkkürünü bildirib.

 

O, cəbhəyanı rayonlara səfər etdiyini də xatırladıb.

 

"Mən onların, xüsusən də hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə şəxsən məşğul olmuşam. Bunun nəticələrinə əsasən, artıq bildiyiniz kimi, təhlükəsizlik sektorunun Xerson və Xarkovdakı regional rəhbərləri ilə bağlı qərarlar qəbul edilib. Biz həmçinin yerli icra hakimiyyətlərinin rəhbərliyi ilə məsələni ayırd etdik”, - deyə Prezident bildirib.

 

O qeyd edib ki, təhlükəsizlik və hüquq-mühafizə sahəsində hər bir məmurun konkret hərəkət və hərəkətsizliyinə qiymət veriləcək.

 

"Hüquq-mühafizə orqanlarında aparılan müvafiq yoxlama artıq ilk nəticələrini verib və bundan sonra da davam etdiriləcək", - dövlət başçısı vurğulayıb.

 

Onun sözlərinə görə, bu günə kimi dövlətə xəyanət və prokurorluq, ibtidai istintaq orqanları və digər hüquq-mühafizə orqanları əməkdaşlarının əməkdaşlığa cəlb edilməsi faktları ilə bağlı 651 cinayət işi qeydə alınıb. Eyni zamanda, 198 prosesdə aidiyyəti şəxslərə şübhələr çatdırılıb. O cümlədən, prokurorluq və UTX-nın 60-dan çox əməkdaşı işğal olunmuş ərazilərdə qalıb və Ukraynaya qarşı fəaliyyət göstərir.

 

"Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Rusiyanın xüsusi xidmət orqanları arasında dövlətin milli təhlükəsizliyinin əsaslarına və kommunikasiyalara qarşı qeydə alınan bu cür cinayətlər silsiləsi aidiyyəti qurumların rəhbərlərinə qarşı çox ciddi suallar yaradır. Bu sualların hər biri düzgün cavabını alacaq. Bütün yuxarıda deyilənləri nəzərə alaraq mən baş prokuroru və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifəsindən azad etmək qərarına gəldim”, - deyə Zelenski fikrini yekunlaşdırıb.

 

**01:04


Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu və Baş prokuror İrina Venediktovanı vəzifələrindən kənarlaşdırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı müvafiq sərəncamlar dövlət başçısının internet saytında yerləşdirilib.

 

“Ukraynanın 24 mart 1999-cu il tarixli 551-XIV nömrəli Qanunu ilə təsdiq edilmiş Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 47-ci maddəsinə əsasən, Bakanov İvan Gennadyeviç Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən kənarlaşdırılsın”, - sənəddə deyilir. 

Ukrayna dövlətinin başçısı digər fərmanla “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanunun 11-ci maddəsinin ikinci hissəsi əsasında İrina Venediktovanı Baş prokuror vəzifəsindən kənarlaşdırıb. Bu vəzifənin icrası Aleksey Simonenkoya həvalə edilib.

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.