Ukraynada azərbaycanlı şəhər meri bıçaqlanıb:
VƏZİYYƏTİ AĞIRDIR

Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin 61 yaşlı azərbaycanlı meri Hilal İsayev bıçaqlı hücuma məruz qalıb.

 

Bu barədə focus.ua yerli polisə istinadən məlumat yayıb.

 

Məlumata görə, hadisə mayın 26-da səhər saatlarında baş verib.

 

Xəbərdə bildirilir ki, H.İsayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, o, sinə nahiyəsindən yaralanıb.

 

Hücum edən şəxs hadisə yerindən qaçıb və hazırda polis onu axtarır.

 

Yerli mətbuatın yazdığına görə, hücum edən şəxs fermer olub və hadisə merin kabinetində baş verib.

 

Xəbərdə bildirilir ki, azərbaycanəsilli Hilal İsayev Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, "Kaspi" adlı özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə Batkivşina partiyasından Dnepropetrovsk Vilayət Şurasının deputatı seçilib. 2019-cu ildə İsayev eyni partiyadan Ukrayna Ali Radaya namizəd olub, lakin seçilməyib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.(Oxu.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.