Kılıçdaroğlu Özgür Özəlin CHP-də QURULTAY ÇAĞIRIŞINA CAVAB VERDİ
VİDEO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu CHP parlament fraksiyasının sədri Özgür Özelin qurultay çağırışına cavab verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kılıçdaroğlu bu gün jurnalistlərə açıqlamasında bildirib ki, CHP-nin qurultayını keçirəcəklər.

 

“Biz qurultayı keçirəcəyik, qurultaysız partiya ola bilərmi? Bu, hüquqi çərçivədə edilməlidir”, - o qeyd edib.

 

CHP sədrinin sözlərinə görə, qurultay partiya ilə bağlı son qərar üzrə tədbirlər yekunlaşandan sonra baş tutacaq.

 

Kamal Kılıçdaroğlu Özgür Özəllə görüşmədiyini də diqqətə çatdırıb.

 

Qeyd edək ki, Ankara Məhkəməsinin qərarına əsasən CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

 

Qərara görə, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

 

Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.