Rusiyalı iş adamı Ermənistanda aksiya iştirakçılarına pul paylatdırıb?
İSTİNTAQ KOMİTƏSİ MƏLUMAT YAYDI

Ermənistanda “Güclü Ermənistan” Partiyasının təşkil etdiyi mitinqdə iştirak edən şəxslərə pul verildiyi iddia olunur.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

 

Qeyd olunub ki, aksiyada iştirak edən hər bir şəxsə mitinqə qatılması müqabilində 15 min dram (69 manat 23 qəpik-red) ödənilib.

 

İstintaqın məlumatına əsasən, N.T. 2026-cı ilin aprel ayında Azadlıq Meydanında keçirilən mitinqə pullu iştirakçıların cəlb edilməsi prosesini təşkil edib. Onun dostu G.A.-nın isə qohumlarını mitinqə gətirdiyi və hər iştirakçıya vəd edilən məbləği ödədiyi bildirilir.

 

Faktla bağlı cinayət işi başlanıb. İstintaq çərçivəsində iki nəfərin həbs edildiyi açıqlanıb.

 

Qeyd edək ki, "Güclü Ermənistan" Partiyasının sədri rusiyalı iş adamı, milyarder Samvel Karepetyandır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.