
Məhkəmə qərarı ilə yenidən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna qayıdan Kamal Kılıçdaroğlu partiya daxilində radikal addımlar atmağa başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, CHP lideri Özgür Özəlin CHP qrup sədrliyinin ləğv edilməsi məqsədilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbərliyinə rəsmi müraciət ünvanlayıb.
Kılıçdaroğlu müraciətində Özgür Özəlin parlamentdəki qrup sədrliyi səlahiyyətlərinin ləğvini tələb edib. Bu addım partiya daxilində Kılıçdaroğlu və Özəl tərəfdarları arasında siyasi gərginliyi yenidən pik həddə çatdırıb.
Qeyd edək ki, CHP-nin mayın 23-də keçirilən fövqəladə iclasında səsvermə baş tutmuş və Özgür Özel 93 səs toplayaraq partiyanın TBMM-dəki qrup sədri seçilmişdi.