
ABŞ Prezidenti Donald Tramp tibbi müayinədən keçib və onda heç bir sağlamlıq problemi aşkarlanmayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə "Truth Social" platformasında D.Tramp özü məlumat verib.
"Yalnız altı aydan bir keçirilən tibbi müayinədən keçdim, Uolter Rid adına hərbi-tibb mərkəzində yoxlanıldım. Bütün göstəricilər ideal vəziyyətdədir", - deyə Prezident paylaşımında vurğulayıb.
Qeyd edək ki, hazırkı müayinə 79 yaşlı siyasətçi üçün son 13 ay ərzində artıq üçüncü belə yoxlanış olub. Bundan əlavə, bu müddət ərzində o, ən azı iki dəfə diş həkiminə də müraciət edib.