Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişini parafladılar - VİDEO

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio bu gün İrəvanda “TRIPP layihəsi ətrafında Ermənistan Respublikası ilə ABŞ arasında strateji əməkdaşlıq haqqında” çərçivə sazişini paraflayıblar.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, çərçivə sazişi ilk növbədə TRIPP layihəsinin həyata keçirilməsi mexanizmini müəyyən edir.

 

Sazişdə Azərbaycanla bağlı əsas məqam ölkənin əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək nəqliyyat bağlantısının yaradılmasının nəzərdə tutulmasıdır.

 

Sənəddə TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisindən maneəsiz multimodal tranzit — avtomobil, dəmir yolu, enerji və kommunikasiya xətlərinin inkişafı nəzərdə tutulur. ABŞ isə layihədə texniki, maliyyə və infrastruktur dəstəyi göstərməyi planlaşdırır.

 

Sənəddə sərhəd və gömrük nəzarətinin Ermənistanın suverenliyi altında qalacağı vurğulanır, lakin sərhəd-keçid məntəqələrində özəl operatorlardan istifadə olunacağı qeyd olunub.

 

Ümumilikdə layihənin Cənubi Qafqazı Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında əsas logistika qovşaqlarından birinə çevirməsini hədəflədiyi vurğulanır.

 

Bundan başqa, imzalanan sənədlər içərisində “ABŞ və Ermənistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Nizamnamə” və ABŞ və Ermənistan Respublikası arasında kritik vacib mineralların və nadir torpaq elementlərinin çıxarılması və emalı sahəsində tədarükün təmin edilməsi haqqında çərçivə memorandumu da var.

 

Sənədlərin imzalanmasından sonra ali diplomatlar jurnalistlər qarşısında bəyanatla çıxış ediblər.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.