Ermənistan ordusu Xocalıda döyüş mövqeyi yaradır: Azərbaycan xəbərdarlıq atəşi açdı - RUSİYA SÜLHMƏRAMLILARI FƏALİYYƏTSİZDİR
VİDEO

Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə mühəndis-texniki və tikinti işlərinin aparılmasına başlayıb. 

 

Senzor.az bildirir ki, bu barədə haqqin.az xəbər yayıb.

 

Sayt bildirir ki, Ermənistanın təslim olması ilə bağlı Moskva sazişinə zidd olan bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri xəbərdarlıq atəşi açıb, bütün zəruri qabaqlayıcı tədbirləri görüb, o cümlədən Rusiya sülhməramlıları kontingentinin komandanlığını məlumatlandırıb.  Bir saat sonra hadisə yerinə bir qrup sülhməramlı gəlib.

 

Lakin Rusiya sülhməramlıları Ermənistan silahlı qüvvələrinin qanunsuz fəaliyyətinin qarşısını almaq və aparılan işləri dayandırmaq əvəzinə, əksinə, erməni quldur dəstələrinin təhlükəsizliyini təmin edərək, gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar: “Xatırladaq ki, Prezident İlham Əliyev son müşavirədə Rusiyanın Ermənistan ordusunun bölmələrini beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisindən çıxarmağı öhdəsinə götürdüyünü, lakin sonradan üzərinə düşən öhdəliyi pozduğunu bildirmişdi. Aydındır ki, Rusiya sülhməramlı kontingenti nəinki yaranmış problemin həlli üçün səy göstərmir, əksinə, öz hərəkətləri ilə yaranmış gərginliyi daha da gücləndirir.

 

Rusiya sülhməramlılarının komandanlığına sual ünvanlayırıq: nə baş verir? Və rus ordusunun hərəkətlərini necə başa düşmək olar?”.

 

Senzor.az








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.