Bakıda nazirlik əməkdaşının iki qızı dənizdə boğuldu
YENİLƏNİB

Bakıda dənizdə batmış bacılardan ikincisinin də meyiti tapılıb.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın meyiti FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir", - məlumatda qeyd edilib.

 

Xatırladaq ki, Aysel və Aysu Abdullayeva bacıları iyulun 20-də Xəzər dənizində batıblar. Böyük bacı Ayselin meyiti dənizdən çıxarılmışdı.

 

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.

 

**10:26


Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğulub.

 

"Report" xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

 

Belə ki, dənizə girmiş bacılar - 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulublar. Onların həyatını xilas etmək mümkün olmayıb.

 

Bacılardan birinin axtarışları davam etdirilir.

 

Dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

 

Boğulan bacılar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.