İranla İsrailin Azərbaycandakı səfirləri arasında gərginlik – ABBAS MUSƏVİ CORC DİKİ ÖLÜMLƏ TƏHDİD ETDİ

İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.

 

Senzor.az-ın məlumatına görə, C.Dikin Azərbaycanın tarixi şəhəri Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan iranlı diplomat həmkarını ölümlə təhdid edib.

 

“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, - A.Musəvi “Tvitter” səhifəsində yazıb

 

İranlı səfirin bu cür aqressiv tviti sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

 

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün “Tvitter” səhifəsində “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşıb. Diplomat qeyd edib: "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm”.

 

Qeyd edək ki, bu, İsrail və İran səfirlikləri arasında baş verən birinci insident deyil. Bu il fevralın 17-də İran səfirliyi səhvən İsrail səfiri Corc Dikin tvitini bəyənib. İsrailli diplomat isə İran səfirliyinə məsxərə ilə təşəkkürünü bildirib.


For the information of this adventurous boy: Our beloved 

#Tabriz is known as the land of FIRSTS in #Iran's proud history. Apparently, the FIRST Evil Zionist is going to be buried by the zealous people of Tabriz, too. Never cross our red-line, ever!#IRANTABRIZ

pic.twitter.com/V0bGV9JX8V

— Seyed Abbas Mousavi (@SAMOUSAVI9) 

July 20, 2022





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.